Netanyahu və Merkel koronavirusla bağlı müzakirə aparıblar

Netanyahu və Merkel koronavirusla bağlı müzakirə aparıblar

İsrail Baş naziri Benyamin Netanyahu və Almaniya kansleri Angela Merkel söhbət əsnasında koronavirus mövzusunda "fikir mübadiləsi" edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazirin dəftərxanası məlumat yayıb.

"Baş nazir Benyamin Netanyahu bu səhər Almaniyanın kansleri Angela Merkel ilə ətraflı danışıb. Səmimi söhbət əsnasında, iki lider "Korona Böhranı" ilə əlaqədar fikir mübadiləsi aparıb" deyə məlumatda bildirilib.
Qeyd olunur ki, bundan əlavə, tərəflərin maliyyə və iqtisadiyyat sahəsindəki əməkdaşlığı, habelə tibbi malların satın alınması müzakirə edilib, bu məsələlərdə hər iki ölkənin mütəxəssislərinin təmasda olmasına qərar verilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə