COVID-19 xəstəsi üzərində eksperiment aparılan dərman

COVID-19 xəstəsi üzərində eksperiment aparılan dərman

ABŞ-da eksperimental bir dərman COVID-19 xəstəsi üzərində sınaqdan keçirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çex səhiyyə naziri Adam Voyteç jurnalistlərə açıqlamasında bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, Praqanın Naulovce İxtisaslaşdırılmış Xəstəxanasında yeni koronavirusa yoluxan ağır xəstəyə, ABŞ-da onun üçün xüsusi olaraq sifariş edilmiş Remdesivir adlı bir dərman vasitəsi verildiyini söyləyib.
"Xəstəyə bu dərman çərşənbə axşamı günü verilməyə başlanılıb. Ümid edirik ki, bu, xəstəliyin müalicəsində vasitə olacaq" deyən nazir, bunun xəstənin bədənində qan dövranını təmin edəcəyini də söyləyib.
Dərman birbaşa Çexiya istehsalçısı Gilead Sciences dərman şirkəti tərəfindən çex həkimlərinə verilib. Çex TV-nin məlumatına görə, Remdesivirin bu şirkətdə istehsalı və sınanması ilə məşğul olan tədqiqatçılar qrupuna çexiyalı Tomaş Siqlarj rəhbərlik edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə