Amerika həbsxanasından məhbuslar qaçıb

Amerika həbsxanasından məhbuslar qaçıb

Yakima dairəsindəki Amerika həbsxanasından 10-dan çox məhbus qaçıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib və bildirilib ki, həbsxanadan qaçış ərazidəki park edilən avtomobildə olan videoqeydiyyata düşüb və çəkilişdə də öz əksini tapıb.

Qeyd olunur ki, ən azı 12 nəfər Vaşinqton ştatının Yakima dairəsindəki Amerika həbsxanasından qaçıb. Yerli hüquq-mühafizə orqanlarının əməkdaşlarının bildirdiyinə görə, qaçış martın 23-də axşam saat 19 radələrində törədilib. Altı məhbus artıq tutulub, daha altı nəfər isə hələ də qalmaqdadır. Axtarış davam etdirilir.
Xatırladaq ki, daha əvvəl ABŞ-da koronavirus pandemiyası səbəbindən təhlükəli olmayan məhbuslara əfv verilməsi barədə qərar vermişdi. Oxşar tədbirlər Pensilvaniya, Miçiqan, Nyu-York, Vaşinqton və Kolumbiya bölgəsindəki cəzaçəkmə müəssisələrində COVID-19 diaqnozu qoyulandan sonra həyata keçirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə