Finlandiyanın sabiq prezidenti həyat yoldaşından koronavirus xəstəliyinə yoluxub. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Məlumata görə, Finlandiyanın keçmiş prezidenti Marti Axtisaari koronavirusa həyat yoldaşından yoluxub.
Hazırda ölkənin keçmiş lideri özünü yaxşı hiss edir.
Xatırladırıq ki, bir müddət öncə keçmiş prezidentin həyat yoldaşı Yeva Axtisaarinin COVID-19 virusuna yoluxduğu xəbər verilib. Onun normal vəziyyətdə olduğu da qeyd olunub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB