İspaniyadakı müsəlman cəmiyyətlərinin çağırışları ilə sosial mediada başladılan kampaniya ilə ölkədəki müsəlmanlardan hər cümə günü eyvanlara və ya pəncərələrə çıxaraq koronavirusa qarşı işləyən hər kəsə azan oxuması istənib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Madridin Lavapies rayonundakı Banqladeş Müsəlmanları Cəmiyyəti mövzu ilə bağlı yazılı açıqlama edərək, "Hər birimiz, mədəniyyətimiz, inanclarımız və imkanlarımızla Covid-19-a qarşı bu mübarizədə bir araya gəlirik" deyə bildirib.
"Evdə qalmaq məsləhətlərini pozmadan keçmiş təcrübələri xatırlamaq və ya yenisini kəşf etmək hissini bərpa edə bilərik." Açıqlamada "xidmətləri ilə sağlamlığımızı qoruyan hər kəsə təşəkkür edirəm" deyən müsəlmanlar hər cümə 19.30-da eyvanlarına, teraslarına və ya pəncərələrinə çıxaraq azan oxumağa çağırıblar.
Müsəlman cəmiyyətləri ayrıca sosial şəbəkələrdə Covid-19 ilə mübarizədə "bayraq, din və mədəniyyət olmadığını" vurğulayıblar.
Keçən cümə günü başlanan kampaniya ilə bəzi müsəlmanların eyvanlarında və pəncərələrində azan oxunması ilə bağlı görüntülər sosial şəbəkə saytlarında nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB