İspaniyada bir sutkada 500 nəfər öldü İtaliyanı keçir

İspaniyada bir sutkada 500 nəfər öldü İtaliyanı keçir

İspaniyada COVİD-19 koronavirus epidemiyası İtaliyadakından daha sürətlə yayılır. SİA xəbər verir ki, bu barədə ispanların El Pais nəşri yazır. Qeyd olunur ki, İtaliyada epidemioloji cəhətdən üç problemli region var ki, digər regionlarda həmin problem nəzarət altındadır. Lakin İspaniyada infeksiya aktiv şəkildə muxtariyyətlərdə yayılır ki, bir müddət əvvəl belə hallar müşahidə olunmurdu.

"Biz virusun təsirinin artması fazasındayıq və belə bir vəziyyət bilinməyən müddətə qədər davam edəcək", El Pais İspaniyanın epidemiologiya cəmiyyətinin sədri Pere Qodoyanın sözlərini gətirir.

Bu ərəfələrdə İspaniyada 462 xəstə koronavirusdan ölüb. Belə ki, həmin rəqəm ölkədə epidemiyanın artmasından bu yana ən böyük göstəricidir. İspaniua səhiyyə nazirliyinin məlumatına görə, marın 24-də bir sutka ərzində 500 insan həyatını itirib. İnfeksiyaya yoluxanların sayı isə 6,5 mini ötüb.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə