İtaliyada koronavirusa yoluxanların real sayı 10 qat çoxdur

İtaliyada koronavirusa yoluxanların real sayı 10 qat çoxdur

İtaliyanın Mülki Müdafiə Departamentinin rəhbəri Andjelo Borelli qəzetə verdiyi müsahibəsində ölkəsində koronovirusa yoluxanların sayının 64 min deyil, 10 qat daha artıq olduğu iddiasını irəli sürüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, o bildirib ki, bir neçə gündən sonra İtaliyada yoluxanların sayı Çindəki göstəriciləri ötəcək.

Qeyd edək ki, İtaliyada epidemiya başlayandan indiyədək rəsmi rəqəmlərdə 64 min insanın koronavirusa yoluxduğunu, 6 min insanın xətəlikdən dünyasını dəyişdiyi, 7.5 min nəfərin isə sağaldığı bildirilir. Lakin İtaliyada bir gündə təxminən 800 nəfərin ölməsi ilə rekord qeydə alınıb.

Məlumat üçün isə nəzərinizə çatdıraq ki, infeksiya dalğasının demək olar ki, dayandığı Çində yoluxanların sayı 81 mini keçib, 3 min 270 nəfər dünyasını dəyişib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə