Melaniya Trampın koronavirus testinin nəticəsi ərinin test nəticəsi ilə eyni olub

Melaniya Trampın koronavirus testinin nəticəsi ərinin test nəticəsi ilə eyni olub

ABŞ-ın birinci xanımı Melaniya Tramp koronavirus testindən keçib və nəticələri mənfi oldu.

SİA “thehill.com" saytına istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi brifinqdə açıqlayıb.

“Bəli, onun vəziyyəti əladır, nəticələr neqativdir”, - deyə Tramp jurnalistlərin onun xanımının koronavirus testindən keçib-keçməməsi ilə bağlı sualının cavabında bildirib.

Trampın özü isə 14 martda yoxlamadan keçib və nəticələrin mənfi olduğu qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə