DST: "Koronavirusdan ölüm sayı 1600 nəfərə qədər artaraq 12784-ə yüksəlib

DST: "Koronavirusdan ölüm sayı 1600 nəfərə qədər artaraq 12784-ə yüksəlib

Martın 21-nə olan məlumata görə, dünyada ümumilkdə 292,142 koronavirusa yoluxub, 12.784 ölüm hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Statistikaya görə, bir gün ərzində yoluxanların sayı 26 min nəfərdən çox olub. Ölüm hadisələrinin sayı isə 1600 nəfərə qədər artaraq 12 min 784-ə yüksəlib.

ÜST-ün martın 22-nə olan məlumatına görə, Avropada ən çox yoluxanlar İtaliyadadır - 53578.

Bunun ardınca İspaniya (24926), Almaniya (21463), Fransa (14459), İsveçrə (6077), Birləşmiş Krallıq (5018), Hollandiya (26). 3631), Avstriya (3024), Belçika (2815). Norveç (1926) ilk onluğda qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə