Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 244 nəfərə çatıb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 244 nəfərə çatıb

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 244 nəfərə çatıb.

SİA xəbər verir ki, Uelsdə 12, Şotlandiyada 10, Şimali İrlandiyada 2, İngiltərədə isə 220 ölüm faktı qeydə alınıb.

Baş Nazir Boris Conson Analar Gününü qeyd etməyə hazırlaşan ailələrə analar üçün ən yaxşı hədiyyənin məhz bir yerə toplaşmamaq olduğunu söyləyib.

O, qaydalara əməl ediləcəyi təqdirdə, təxminən 12 həftəyə bu virusdan azad ola biləcəklərini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə