Rumıniyada fövqəladə vəziyyətlə əlaqədar komendant saatı tətbiq edilib
Rumıniya hökuməti ölkədə fövqəladə vəziyyətlə əlaqədar komendant saatı tətbiq edib.
SİA xəbər verir ki, ölkədəki bütün ticarət mərkəzləri, stomatoloji klinikalar, restoranlar, kafelər və digər iaşə obyektləri bağlanıb. Vətəndaşların evdən çıxmasına yalnız zərurət yarandıqda icazə verilir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusu pandemiya elan edib. Dünyada artıq 260 mindən çox insan bu virusa yoluxub, 11 min nəfər ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB