Özbəkistanda koronavirusa yoluxanların sayı 42 nəfərə çatıb. SİA-nın verdiyi məlumata görə, Özbəkistan Səhiyyə Nazirliyindən verilən xəbərdə bildirilir ki, martın 21-də virusa yoluxanların sayı 37 nəfər olub. 24 saat ərzində daha 5 adamda koronavirus aşkar edilib. Onların hamısı bu virusa xarici ölkələrdə yoluxub. Virusa tutulanlar arasında çox ağır vəziyyətdə olanları yoxdur. Xəstələr Özbəkistan Virusologiya İnstitutunun klinikasında müalicə alırlar. Ölkədə karantində 2 min 300 adam var.
Bu gündən Özbəkistanda ictimai nəqliyyatın, metronun, marşrut taksilərin və dəmir yollarının fəaliyyəti müvəqqəti dayandırılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB