Özbəkistan hökuməti Daşkənddə ictimai nəqliyyatın işinə müvəqqəti qadağa qoyub

Özbəkistan hökuməti Daşkənddə ictimai nəqliyyatın işinə müvəqqəti qadağa qoyub
Özbəkistanın hakimiyyət orqanları yeni tip koronavirusun yayılması ilə əlaqədar martın 22-dən Daşkənddə ictimai nəqliyyatın işinə müvəqqəti qadağa qoyub. SİA xəbər verir ki, bu barədə Özbəkistan paytaxtı meriyasının mətbuat xidməti məlumat yayıb. Qadağa metroya, avtobuslara və marşrut taksilərə aiddir. Ölkədə, həmçinin bütün kütləvi tədbirlər, o cümlədən Novruz şənlikləri ləğv olunub, əyləncə müəssisələri, teatrlar, kinoteatrlar, ictimai iaşə obyektləri bağlanıb. Martın 23-dən isə toylar və çoxsaylı insanların iştirakı ilə dəfn mərasimləri keçirilməsi qadağan edilir. Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına əsasən, martın 15-də Fransadan qayıtmış ölkə sakinində koronavirusa ilk yoluxma halı aşkarlanıb. Şənbə günü yoluxanların sayı 41 nəfərədək artıb. Hazırda 2300 nəfər karantin altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə