Lüksemburq parlamenti ölkədəki sanitar böhran müddətini iyun ayına qədər uzadıb
Lüksemburq parlamenti ölkədəki sanitar böhran müddətini iyun ayına qədər uzadıb.
Deputatlar bildiriblər ki, bu müddət ölkədə koronavirus epidemiyasına qarşı mübarizədə zəruri tədbirlər görməyə imkan verir.
Lüksemburqun İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq belə görünməmiş vəziyyətə düşdüyü bildirilib. Bu müddət ərzində parlament buraxıla bilməz, ancaq böhran vəziyyəti ilə bağlı müddəti dayandıra və ya yenidən uzada bilər.
Qeyd edək ki, Lüksemburqda ictimai məkanlar, eləcə də tədris müəssisələri bağlanıb və karantin vəziyyəti elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB