Türkiyədə koronavirusdan dördüncü ölüm faktı qeydə alınıb

Türkiyədə koronavirusdan dördüncü ölüm faktı qeydə alınıb

Türkiyədə koronavirusdan dördüncü ölüm faktı qeydə alındı.

SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca bildirib.

"Son 24 saat ərzində keçirilən 1 981 testdən 168-nin nəticəsi müsbət olub. Xəstələrin sayı 359-a çatıb. Təəssüf ki, 85 yaşlı bir xanımı itirdik. Dünyasını dəyişənlərin sayı dördə çatdı", - F.Koca "Twitter" səhifəsində yazıb.

Son məlumatlara görə, ölkədə aşkarlanan yeni növ koronavirusa yoluxmaların ümumi sayı 359 təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə