ABŞ strateji ehtiyat üçün daxili bazardan 77 milyon barel neft alacaq, ilkin alış 30 milyon barel olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin energetika nazirliyi məlumat yayıb.
"ABŞ Prezidenti Donald Trump-ın sərəncamı ilə Energetika Nazirliyi strateji neft ehtiyatını ABŞ-da istehsal olunan 77 milyon barel xam neft əldə edərək maksimum gücü ilə dolduracaq", deyə nazirlik öz açıqlamasında bildirib.
Qeyd edək ki, cümə axşamı, Energetika Nazirliyi 30 milyon barel ilk partiyanın tədarükü üçün təkliflər sorğusu göndərib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB