Koronavirusun alkoqolla profilaktikası səbəbindən Türkiyədə, İstanbulda 15 nəfər ölüb, 60 nəfər alkoqol zəhərlənməsindən sonra reanimasiyaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumata yayıb.
Nəşrin yazdığına görə, Türkmənistandan gələn immiqrantlar, kustar üsulla hazırlanan spirt alıblar. Kütləvi zəhərlənməyə səbəb olan spirtin satışı ilə məşğul olan 7 nəfər hazırda saxlanılıb və istintaq qurulub.
Xatırladaq ki, yeni koronavirus xəstəliyinin yaratdığı yoluxma ötən ilin dekabr ayının sonunda Mərkəzi Çində, 12 milyon əhalisi olan Uhan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bunu pandemiya elan edib. Artıq xəstəlik dünyada 210 mindən çox insana yoluxub, 8,5 mindən çox insan ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB