Beynəlxalq Əmək Təşkilatı yeni növ koronavirusun (Covid-19) yayılması səbəbindən dünyada 25 milyon insanın iş yerlərini itirə biləcəyini açıqlayıb. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, dünyada sürətlə yayılan Covid-19 üçün Cenevrədə yerləşən Birləşmiş Millətlər Təşkilatının BƏT agentliyi tərəfindən yayımlanan yeni hesabatda, pandemiya xəstəliyinin qlobal iş dünyasına təsiri vurğulanıb.
Hesabatda "Covid-19"-un milyonlarla insanın işsizliyə, məşğulluq çatışmazlığına və yoxsulluq səviyyəsinə qaldırılmasına işarə olunub, baş vermiş hadisələrə qarşı sabit, əlaqələndirilmiş və təxirəsalınmaz reaksiya verilməsini tələb edib.
Məlumatda bildirilir ki, "Covid-19 dünya səviyyəsində təxminən 25 milyon insanın işsiz qalmasına səbəb ola bilər". Ancaq 2008/2009 qlobal maliyyə böhranında olduğu kimi, əgər beynəlxalq səviyyədə əlaqələndirilmiş cavab siyasətini (epidemiyaya qarşı) görə bilsək, qlobal işsizliyə təsir xeyli aşağı ola bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB