Avropa Birliyi Rusiyadakı Kremlə yaxın olan KİV-ləri koronavirusun (Covid-19) şiddəti haqqında ictimaiyyəti səhv məlumatlandırmaqda günahlandırıb. Brüssel Rusiyanın "insanların həyatına təhlükə yaratdığını" iddia edir.
Avropa Birliyinin Xarici İşlər üzrə Ali Nümayəndəsinin sözçüsü "Covid-19 haqqında məlumatlandırmamaq kampaniyası çoxalıb, mənbəyi isə Rusiyaya və ya Kremlə yaxın olan qurumlardır. Rusiya ilə əlaqədəyik, amma ittihamları qəbul etmirlər”, deyib.
Rusiya hökumətinin sözçüsü Dmitri Peskov "Bir konkret nümunə verilə bilərsə, vəziyyəti qiymətləndirə bilərəm, amma bütün bunlar əsassızdır, pulsuz ittihamlardır" deyib.
Brüssel iddia edir ki, mövzu araşdırılıb və bəzi məlumatlar əldə olunub. AFP xəbər agentliyinin əldə etdiyi hesabatda deyilir: "Kampaniya çaxnaşma və qorxu yaratmağa kömək edir, insanların isə doğru məlumat əldə etməsinə mane olur".
Fevral ayında ABŞ, koronavirusla əlaqəli Rusiyaya aid minlərlə Twitter, Facebook və İnstagram hesablarından koronavirusla əlaqədar ölkələri haqqında yanlış bilgi yayıldığını bildirib.
Rusiyada rəsmi açıqlamalara görə ilk ölüm
Çaxnaşma yaratmağa ehtiyac olmadığını bildirən Rusiya səlahiyyətliləri 79 yaşındakı bir qadının Moskvada koronavirus səbəbiylə öldüyünü və ilk ölümün baş verdiyini açıqlayıb. Martın 13-dən bəri xəstəxanada müalicə görən qadının şəkər xəstəliyi və yüksək təzyiq olduğu bildirilib.
Baş nazir Mikhail Michoustine xalqa səslənərək "insanlara yaxınlaşmamaq" barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB