Koronavirus pandemiyasını "Netflix" və Bill Gates də proqnozlaşdırırdılar - VİDEOLAR
Koronavirus gündəmdə olan bir nömrəli mövzudur. Bir məsələni də qeyd edək ki, genişmiqyaslı epidemiyalar insanlığın dövri olaraq üzləşdiyi problemlərdən biridir. SİA-nın araşdırmalarına görə, bir çox epidemiyaların ölüm nisbətinin aşağı olması (məsələn mövsümi qriplər, ebola, zika) səbəbilə "COVİD-19" qədər gündəmdə qalmayıb.
Ancaq bu epidemiya mütəxəssislər üçün təəccüblü deyil. İnsanlar arasında bu mövzu ilə bağlı müxtəlif fikirlər səslənsə də, bütün bəşəriyyəti bir sual düşündürür: "Bu nədən baş verdi?". Əksər nəzəriyyəçilərə görə virus laboratoriya mühitində bioloji müharibələr üçün hazırlanıb.
Yanvar ayında Netflixiin pandemiya sənədli filmi nümayiş olundu
Yanvar ayında Netflix-də yayımlanan "Pandemiya" adlı sənədli film əvvəlki xəbərdarlıqların nümunəsi olaraq verilə bilər. Sənədli film yanvarın 22-də yayımlananda "Covid-19" bu qədər "məşhur" deyildi. 6 hissədən ibarət olan serial həkimlər, tədqiqatçılar və səhiyyə işçilərinin illərlə qrip və bənzər viruslara qarşı mübarizəsinə həsr edilib. Mütəxəssislərin verdiyi açıqlamada koronavirusa bənzər bir xəstəliyin yayılacağının qaçılmaz olduğunu söyləyirlər.
Film eyni zamanda, qrip və buna bənzər digər xəstəliklər haqqında araşdırmalardan və onun yayılma sürətini azaltmaq üçün görüləcək tədbirlərdən də bəhs edir. Virus əlehinə peyvənd məsələnin müzakirə olunduğu sənədli filmdə bunun Ümumdünya Səhiyyə Təşkilatının ən böyük problemlərindən biri olduğu xatırladılıb.
2015-ci ildə Bill Qeytsin çıxışı
Xəbərdarlıqlara daha bir parlaq nümunə Microsoftun qurucusu milyarder iş adamı Bill Qeytsin illər əvvəl verdiyi müsahibədir. Qeyts: "Mənim nüvə müharibəsini görmək şansımı çox azdır. Düşünürəm ki, Eboladan daha böyük bir epidemiya görmək ehtimalım isə 50 faizdən çoxdur".
Elə həmin il Bill Geytsin nitqində dünyanı təhdid edən riskin virus olduğunu vurğulayıb. İş adamı 30 milyon insanın həyatını itirə biləcəyi xəbərdarlığını edib. Bütün bu xəbərdarlıqlar göstərir ki, bu mövzuda yazılan filmlər və romanlar əslində bir mistika deyildir və yalnız əvvəlki epidemiyalara əsaslanaraq söylənilir. Bu kitablarda və romanlardakı hadisələr koronavirusun baş verməsi ilə tam eyni deyildir.
Digər tərəfdən, bütün mütəxəssislərin epidemiyaya qarşı tövsiyələri isə eynidir: tədbirlər görülməlidir. Bill Qeyts ölkələrin müharibəyə hazırlaşdıqları kimi baş verəcək epidemiyalara da hazır olmaqlarının vacibliyini vurğulayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB