Çində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb

Çində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınmayıb

Koronavirus epidemiyası Avropada sürətlə yayılmağa davam edərkən, bir çox ölkə ardıcıl olaraq karantin elan edir. Virusa tutulanların və itki sayının artması ilə əlaqədar görülən tədbirlər günü-gündən güclənir. SİA-nın məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatı, Covid-19 epidemiyasının yeni mərkəzinin Avropa olduğunu açıqladıqdan sonra bir çox ölkədə, xüsusən İtaliyada, "köhnə qitədə" koronavirus nəticəsində yaranan ölüm itkisi davam edir.

Dünyada görülən hadisələrin sayı 219 min nəfərdən çox oldu. İndiyə qədər 85.745 xəstə sağalıb. Həyatını itirənlərin sayı 8 min 960 nəfəri keçib.

Çində ilk dəfə olaraq ölkədə əmələ gələn koronavirusla yeni yoluxma halı baş verməyib

Çində meydana gələn və dünyaya yayılan epidemiyada ilk dəfə olaraq ölkədən yeni koronavirus hadisəsi aşkar edilib.
Şinhua agentliyinin hesabatına görə, Milli Səhiyyə Komissiyası dünən ölkədə 34 yeni Covid-19 hadisəsinin xaricdən gələn insanlarda görüldüyünü açıqlayıb.

Səlahiyyətlilər dünənki məlumata görə, ölkəyə gəlmə yoluxmaların sayının 189 nəfərə çatdığını bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə