Koronavirus peyvəndinin klinik sınağı üçün təsdiq alındı: - Komandada "ebola terminatoru" var
Çin, yeni tip koronavirus Covid-19 ilə mübarizə üçün hazırlanan peyvəndin klinik sınaqlar üçün təsdiq aldığını açıqlayıb. SİA-nın məlumatına görə, sınaqlar aprelin sonunda başlayacaq.
Peyvəndin yaxın vaxtlarda fövqəladə hallarda istifadəsi planlaşdırılır. Tədqiqat aparan nümayəndə heyətinin rəhbəri, ebola xəstəliyinə qarşı peyvənd hazırlayan komandaya rəhbərlik edən, "Ebola terminatoru" kimi tanınan Çin Hərbi Tibb Elmləri Akademiyasından Çen Veydir.
Çin Mərkəzi Televiziyasının verdiyi xəbərə görə, Çinin ən tanılmış epidemioloqlarından olan Çen Veyin başçılıq etdiyi tibbi qrup tərəfindən hazırlanan Covid-19 peyvəndi Çində klinik sınaqlara başlaması üçün bazar ertəsi günü təsdiq edilib.
Xatırladaq ki, Çen Vey ebolaya qarşı peyvəndi inkişaf etdirən qrupa rəhbərlik edib.
Çinin Ankara səfirliyi də bunu sosial media hesabından paylaşaraq elan edib.
Klinik sınaqlar könüllülərin iştirakı ilə baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB