Onlayn G20 sammiti çağırılacaq

Onlayn G20 sammiti çağırılacaq

Səudiyyə Ərəbistanı, təcili G20 sammitini onlayn olaraq çağıracaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının onlayn olaraq çağıracağı G-20 sammiti gələn həftə reallaşacaq.

Qeyd olunur ki, G20-yə sədrlik edən Səudiyyə Ərəbistanı virtual sammit çağırmaq üçün ölkələrlə əlaqə qurur. Həmçinin bildirilir ki, ölkə pandemiyanın təsirini azaltmaq üçün beynəlxalq təşkilatlarla işləyəcək.
Xatırdaq ki, ümumilikdə dünyada 170 mindən çox insan bu xəstəliyə yoluxub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə