Sanofi: Biz malyariya dərmanı ilə koronavirusu aradan qaldıra bilərik
Fransız Sanofi, koronavirusa tutulan təxminən 300.000 xəstənin malyariya ilə mübarizə üçün istifadə edilən Plaquenil ilə müalicə edilə biləcəyini və bu mövzuda sınaqların çox "perspektivli" olduğunu açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Dərman nəhəngi, malyariya müalicəsində istifadə edilən milyonlarla dozanın bu virusla mübarizə üçün Fransa rəsmilərinə veriləcəyini vəd edib.
Sanofi-nin Fransa Xəbər Agentliyinə (AFP) verdiyi açıqlamada, malyariya dərmanı ilə koronavirusa yoluxmuş xəstələrin müalicəsində "cəsarət verici" nəticələrin olduğu bildirilib.
Açıqlamada şirkətin dərman vasitəsinin təsirini Fransa səlahiyyətlilərinə göstərmək üçün əməkdaşlıq etməyə hazır olduqları bildirilib.
Hökumət dərman vasitəsinin sınaqlarına razılıq verir
Marsel Universiteti Tibb fakültəsində çalışan professor Didier Raoult immunitet sisteminə əlavə olaraq ayaqlar, revmatizm və oynaq ağrısı üçün istifadə edilən Plaquenilin son illərdə koronavirus üçün faydalı biləcəyini söyləyib.
Raoult, müalicə etdiyi koronavirusu daşıyan 24 xəstənin dörddə üçünün Plaquenil qəbul etməsindən 6 gün sonra virusun yox olduğunu söyləyib.
Fransada hökumət sözçüsü Sibeth Ndiaye, dərmanın klinik sınaqlarının "ümidverici" olduğunu ifadə edərək, dərmanın bir çox xəstədə sınanacağını söyləyib.
Fransanın səhiyyə naziri Olivier Vran bu dərmanın nəticələrindən xəbərdar olduğunu və səlahiyyətlilərə daha çox xəstədə sınaması üçün lazımi icazə verdiyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB