ABŞ koronavirusa görə əhaliyə pul yardımı edir

ABŞ koronavirusa görə əhaliyə pul yardımı edir

ABŞ prezidenti Donald Trump və konqresmenlər yeni növ koronavirusa infeksiyasından zərər çəkmiş şəxslərə pul ayırmaq məsələsinə baxırlar. SİA xəbər verir ki, fövqəladə vəziyyət elan edilən ABŞ-da virus günü-gündən daha çox yayılır və bununla yanaşı bazarlar ağır zərbə alır.

Koronavirus pandemiyasına görə restoranlar, aviaşirkətlər və daha bir çox sektor işini dayandırıb.

ABŞ-ın maliyyə naziri Stiv Mnuçin qərarın ABŞ qanunverici orqanı olan Konqresin hazırda danışıqlar apardığı və bu qərarın üçüncü koronavirus paketinə daxil edildiyini bildirib. İki həftə ərzində əhaliyə çek göndərməyə başlayacaqlarını bildiriblər.

Senatdakı respublikaçı Coş Tun xalqa pul ayırmaq fikrinə Ağ Evin böyük maraq göstərdiyini dilə gətirib. Tun müxalifətin də bu yardım qərarını dəstəklədiyini bildirib.

Konqres üzvləri düşünürlər ki, bu pul yardımı işlərini itirənlərə və qısamüddətli xərclərini ödəmək üçün gəlirlə ehtiyacı olanlara fayda verəcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə