“Türkiyə də nüvə silahı əldə edə bilər”

“Türkiyə də nüvə silahı əldə edə bilər”

Ağ Evin iki keçmiş Milli Təhlükəsizlik məsləhətçisi yeni ABŞ rəhbərliyini xəbərdarlıq edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, onlar "nüvə silah əldə etmək istəyən İran dərhal dayandırılmazsa, Türkiyə də atom bombası əldə etmək istəyəcək" deyib.

 

ABŞ Senatı xarici işlər komitəsinin İran iclasında danışan məsləhətçilər isə Obama rəhbərliyinə yaxınlığı ilə tanınan Zbignew Bjezinski və Brent Skovroftdur. İki məşhur ekspert də bildirib ki, Ağ Ev Tehran ilə birbaşa müzakirələr apararaq İranın nüvə silahına sahibi olmasının qarşısını almalıdır.

 

Brent Skovroft ABŞ-ın nüvə stansiyalarında istifadə etməsi üçün İrana zənginləşdirlmiş uran verməsi və tullantı yanacağı geri almasının vacib olduğunu bildirib. O, İranın uranı zənginləşdirməyə davam etməsi vəziyyətində Türkiyə, Misir və Səudiyyə Ərəbistanının da "nüvədən dinc məqsədlər" üçün istifadə etməyə can atacağını ifadə etdi. Skovroft "qısa zamanda bu proqramlar bir çox ölkəni nüvə silah üçün lazımlı urana yaxınlaşdırar" söyləyib. Skovroft və Bjezinski Ağ Evin İran ilə danışıqlara "zaman sərhədi" müəyyən etməməsini də istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə