Çində 3 ayda 113 mədən işçisi ölüb

Çində 3 ayda 113 mədən işçisi ölüb

Çində 2011-ci ilin ilk üç ayında baş verən mədən qəzalarında 113 adam həyatını itirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, qəzalar ölkənin 17 müxtəlif kömür mədənində baş verib.

 

Qəzaların daha çox qaz partlayışından olduğu bildirilir. Bu dövrdəki ən böyük mədən qəzası ölkənin cənubundakı Quizhou əyalətində 12 martda olub. Qaz partlayışı nəticəsində 19 adam həyatını itirmiş, Çin hökuməti isə ölən hər bir mədən işçisi üçün 660 min yuan (təxminən 100 min dollar) təzminat ödəmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə