Gürcüstanda mədən işçiləri tətilə başlayıblar

Gürcüstanda mədən işçiləri tətilə başlayıblar

Gürcüstanın İmereti bölgəsinin Tkibuli şəhərindəki “Dzidziquri” mədənin işçiləri bu gündən tətil elan ediblər. AZƏRTAC xəbər verir ki, 150 nəfərdən çox fəhlə işə çıxmayıb. Onlar əsasən əməkhaqlarının vaxtında ödənilməsini və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Tkibuli şəhərinin meri temur Çubinidze fəhlələrlə görüşüb və onların tələbinin yerinə yetiriləcəyini bildirib. Lakin mədən işçiləri hələ də aksiyanı davam etdirirlər. Fəhlələr cavabdeh “Qruzuqol” şirkətinin onların tələblərini yerinə yetirməyənə qədər şaxtaya enməyəcəklərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə