Bu gün Litvada koronavirusun yayılması təhlükəsi səbəbindən ümummilli karantin rejimi elan edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin iclasında qərar qəbul edilib. "Mövcud vəziyyəti nəzərə alaraq hökumət Litva ərazisində martın 30-dək karantin elan edib", sənəddə deyilir.
Ölkə sərhədləri xaricilərin gəlməməsi və Litva vətəndaşlarının ölkədən çıxmaması üçün bağlanıb. Litva ərazisi ilə vətənə qayıdan digər ölkələrin vətəndaşları üçün humanitar dəhliz martın 19-dək açıq olacaq. Uşaq bağçaları, məktəblər və universitetlər bağlanıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB