Rusiya Belarus ilə sərhədi bağlayır

Rusiya Belarus ilə sərhədi bağlayır

Rusiya hökuməti insanların hərəkətini məhdudlaşdırmaq üçün Belarus ilə sərhədi bağlamaq qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu baş nazir Mixail Mişustin əməliyyat iclasında açıqlayıb.

"Belarus ilə sərhədi bağlamaq qərarına gəldik, bir sıra digər fəal addımlar da atdıq. Ölkəmizi bu yeni təhlükədən qorumaq üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik, əvvəlcədən hərəkət edəcəyik, ilk növbədə, koronavirusun kütləvi şəkildə yayılmasına imkan vermək olmaz", o deyib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə