Gürcüstanda 33, Mİsirdə 110 koronavirusa yoluxanlar

Gürcüstanda 33, Mİsirdə 110  koronavirusa yoluxanlar

Misirdə koronavirusa daha 17 yoluxma faktı qeydə alınıb. Beləliklə, rəsmi məlumata görə COVID-19 virusu xəstələrinin sayı 110 nəfərə çatıb. SİA xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin məlumatında son bir gün ərzində virusa yoluxanların 14-nün yerli sakinlər, üçünün isə əcnəbilər olduğu bildirilib. Qeyd olunub ki, karantin xəstəxanalarında 21 xəstə müalicə olunaraq evə buraxılıb, son 48 saatda qızdırma və öskürək şikayəti ilə müraciət edən 33 nəfərdə isə virus aşkar olunmayıb.

Qeyd edək ki, indiyədək Misirdə koronavirusa yoluxan iki nəfər həyatını itirib. Onlardan biri yerli sakin, digəri isə 60 yaşlı alman turistdir. Hazırda ölkədə universitet və orta məktəblər bağlanılıb, kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Gürcüstanda isə koronavirusa yoluxanların sayı 33 nəfər olub. Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda məlumat verilib.

Məlumatda bildirilir ki, ölkədə daha 3 nəfərdə koronavirus diaqnozu təsdiqlənib və bununla da COVID-19 virusuna yoluxanların sayı 33 nəfərə çatıb. Qeyd olunub ki, hazırda 427 nəfər karantin nəzarətində, 73 nəfər stasionardadır.

Bütün xəbərlər Facebook səhifəmizdə