Dominikan hökuməti koronavirusa görə Avropanın bütün ölkələri ilə hava əlaqəsini kəsib

Dominikan hökuməti koronavirusa görə Avropanın bütün ölkələri ilə hava əlaqəsini kəsib

Dominikan Respublikasının hökuməti ölkədə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün Avropanın bütün ölkələri, Çin, Koreya Respublikası və İran ilə hava əlaqəsinin dayandırılmasını qərara alıb.

SİA xəbər verir ki, bu tədbirlər fevralın 17-də qüvvəyə minəcək və 30 gün müddətində qüvvədə olacaq. Respublika rəhbərliyi aviauçuşların dayandırılması müddətinin uzadılmasını istisna etmir.

Xaricdən ölkəyə geri dönən bütün Dominikan tələbələri gəldikdən sonra 15 gün ərzində evdə qalmalıdırlar. Hazırda ölkədə koronavirusa yoluxan 11 nəfər var.

Bütün xəbərlər Facebook səhifəmizdə