Trampdan COVID-19 analizləri götürülməyib

Trampdan COVID-19 analizləri götürülməyib

Trampın həkimi ABŞ prezidentinin COVID-19 üçün bir testə ehtiyacı olmadığını söyləyib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı memorandumda bildirilir.

Məlumata görə, Ağ Ev rəhbəri Donald Trampın şəxsi həkimi Şon Konli ABŞ prezidentinin koronavirusdan yoxlanılması üçün heç bir əlamətin olmadığını söyləyib: "Prezidentin heç bir simptomu olmadığını nəzərə alaraq, COVID-19-a dair analiz götürülməyib".

Konli Trampın üç gün əvvəl koronavirus aşkar edilən Braziliya nümayəndə heyətinin üzvü ilə qısa bir əlaqə qurduğunu da təsdiqləyib. Dünən də məlum olub ki, COVID-19 həmin axşam Tramp ilə eyni masada əyləşən qonaqlardan birində təsdiqlənib. Daha əvvəl isə məlum olub ki, ABŞ-dakı iclasın iştirakçısı olan Braziliya səfiri Nestor Forster özü də koronavirusa yoluxub.

Konli qeyd etdiyi kimi, Tramp Braziliya nümayəndə heyətinin ilk koronavirus yoluxmuş üzvü ilə yalnız əl sıxma və birgə fotoşəkil kimi "həddindən artıq məhdud" təmasda olub. O, ikinci xəstə ilə daha çox vaxt keçirib, ancaq bu adamda simptomlar ortaya çıxmazdan əvvəl əlaqə qurub. Üçüncü xəstə ilə ünsiyyətin nə qədər yaxın olduğu barədə məlumat verilmir. Trampın həkiminin sözlərinə görə, belə hallarda infeksiya riski azdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə