COVID-19 müalicəsindən sonra təhlükə

COVID-19 müalicəsindən sonra təhlükə

Həkimlər COVID-19-dan müalicə aldıqdan sonra təhlükəli nəticələrdən danışıblar. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, həkimlər koronavirusdan müalicə alan xəstələrin hansı sağlamlıq problemləri ilə üzləşə biləcəyini izah ediblər.

Onların sözlərinə görə, COVID-19-dan müalicə alan və sağalan xəstələr sürətli gəzərkən ağciyər funksiyasının pozulmasından və boğulmadan əziyyət çəkə bilərlər. Həkimlər bəzi xəstələrdə ağciyər funksiyasının 20-30% azaldığını qeyd etdilər.

Sağlamlıq problemlərinin qarşısını almaq üçün xəstəxanadan çıxan xəstələrə, ağciyərlərin yaxşılaşmasına kömək etmək üçün üzgüçülük kimi ürək-damar sistemini stimullaşdıran məşqlər aparmaq tövsiyə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə