Koronavirus ABŞ-da sürətlə yayılır Yoluxma sayı 700, ölən 41

Koronavirus ABŞ-da sürətlə yayılır  Yoluxma sayı 700, ölən 41

ABŞ-da təsdiqlənmiş yeni tip koronavirus (Covid-19) sayı 700 minə yaxınlaşsa da, ölənlərin sayı 41 nəfər olub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin hazırladığı son məlumatlara görə, ölkədə təsdiqlənmiş Covid-19 hadisələrinin sayı 1678 olub. Saylar günü-gündən artdıqca, epidemiyadan ölənlərin sayı 41 nəfərə çatıb.

29 ştatda fövqəladə vəziyyət elan edilib

ABŞ-ın 50 əyalətindən 46-da yoluxma hadisələrinə rast gəlinsə də, bu ştatların 29-u fövqəladə vəziyyət elan olunub. Bildirilib ki, 33 hadisənin təsdiqləndiyi Luiziana ştatında 4 apreldə keçirilməsi planlaşdırılan ilkin seçkilər yeni növ koronavirusun yayılması səbəbindən 2 ay təxirə salınıb.

Luiziana epidemiya səbəbiylə ABŞ-da ilkin seçkiləri təxirə salan ilk ştat olub.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə