Koronavirus NATO-nun sabiq baş katibini də "vurdu"

Koronavirus NATO-nun sabiq baş katibini də "vurdu"

NATO-nun sabiq baş katibi Xavyer Solana COVİD-19 koronavirusuna yoluxub. SİA xarici mətbuata istinadən xəbər verir ki, X.Solananın vəziyyəti ağır deyil və o, Madriddə karantinə yerləşdirilib.

Bildirilir ki, X.Solana martın 9-u İspaniyanın xarici işlər naziri Arança Qonsales Layanın iştirak etdiyi tədbirdə olub.

Qeyd edək ki, İspaniyada koronavirusa ilk yolxuma halı yanvarın 31-i qeydə alınıb. Hazırda ölkədə koronavirusa yoluxanların sayı 3 mindən artıqdır, onlardan 84 nəfəri ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə