Martın 17-dən Ukraynaya uçuşlara tam məhdudiyyət qoyulacaq

Martın 17-dən Ukraynaya uçuşlara tam məhdudiyyət qoyulacaq
Koronavirusa görə, martın 17-dən Ukraynaya uçuşlara tam məhdudiyyət qoyulacaq. SİA xəbər verir ki, bu barədə Ali Radanın sədri Dmitriy Razumkov yerli telekanalların birinə müsahibəsində məlumat verib. Onun sözlərinə görə, ukraynalılar dəniz və avtomobil nəqliyyatı ilə ölkələrinə qayıda biləcəklər. Ölkə xarici vətəndaşların Ukraynaya gəlişinə də qadağa qoyub. Qadağa ilkin olaraq martın sonuna qədər tətbiq ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə