Koronavirus epidemiyası Fransada tibb sahəsinin disfunksiyasını aşkarlayıb
Son 10 ildə 17 min 500 nəfərlik xəstəxanalar ləğv olunub, xəstəxana büdcələri sistematik olaraq defisitdədir. Bir neçə ay öncə yüzlərlə xəstəxana müdiri istefa verib. Bir ildən çoxdur ki, tibb bacıları xəstəxanalarda çarpayı çatışmazlığı, iş şəraiti və tibbi xidmətlərin deqradasiyasına dair həyəcan təbili çalırlar. Koronavirus epidemiyası tibb sahəsinin disfunksiyasını aşkarlayıb.
SİA xəbər verir ki, bu fikirləri Fransada müxtəlif xəstəxanaların rəhbərləri televiziyada çıxışları zamanı səsləndiriblər.
Bildiriblər ki, ölkənin tibb sahəsinin yarıtmaz vəziyyəti koronavirus epidemiyası sayəsində üzə çıxıb.
Ölkə Prezidentinin martın 11-də televiziya ilə xalq müraciətindən sonra həkimlər səhiyyədə əsl vəziyyətdən danışıblar. Ölkə üzrə 40 mindən çox tibb bacısına ehtiyac olduğunu vurğulayıblar. Xəstəxanalarda tibbi heyətin kifayət qədər olmadığını qeyd ediblər. Həkimlər koronavirus epidemisyası ilə bağlı gündə 30-40 xəstənin daxil olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, xəstəxanalarda lazımi tibbi təchizat çatışmır. Qarşıdan gələn günlərdə vəziyyət çox çətin ola bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB