İran beynəlxalq ictimaiyyətİ köməyə çağırır: - Viruslar ayrıseçkilik etmir, insanlıq da etməməlidir
İranın xarici işlər naziri Cavad Zərif sosial media hesabından "Təcili” başlığı altında çağırış edərək beynəlxalq ictimaiyyətdən kömək istəyib.
Zərif mesajında aşağıdakı ifadələrdən istifadə etdi: “İranın səhiyyə işçiləri Covid-19 ilə cəsarətlə mübarizə aparır. Lakin, səylərimiz məhdudiyyətlər, dərman və material çatışmazlığı ilə ciddi şəkildə axsayır. Ən çox ehtiyac duyulan şeylər əlavə edilmiş siyahıdadır. Viruslar fərqləndirmir. İnsanlıq da etməməlidir".
.jpg)
C.Zərifin paylaşdığı siyahının başında süni nəfəs cihazları və onların fərqli hissələri var. Bundan əlavə, qoruyucu maskalar və daha inkişaf etmiş qurğular üçün hissələr tələb olunur.
Peykdən hazırlanan fotolar qəbirstanlıqların genişlənməsini göstərir
Bu zaman İranın koronavirus səbəbli yaşanan itkilərlə baş edə bilmədiyi və rəsmi rəqəmlərin çox üstündə ölüm halının yaşandığı iddia edilir. Buna mənbə olaraq da qəbir yerlərinin peyk fotoşəkilləri göstərilir.
Rəsmi rəqəmlərə görə, 430 nəfərin öldüyü ölkədə tez bir zamanda qazılmış yeni qəbirlər daha çox ölüm hadisəsinin olduğunu düşündürür.

Maxar Texnologiyaları şirkəti tərəfindən Qum şəhərində qeydə alınan Beşit əl Məsumə Qəbiristanlığının fevral ayından bəri dəyişikliklərini görmək mümkündür. Sosial mediada Qumda açılan yeni məzarlarla əlaqəli bəzi videolar da var, amma orijinallığı təsdiqlənməyib.
Qəbiristanlıqda fövqəladə bir hərəkətlilik olduğu və hər gün daha çox qəbir qazılarkən yeni torpaq hissələrinin ayrıldığı ifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB