2,2 milyona qədər norveçli bu virusa yoluxacaq və dünyasını dəyişənlərin olması da qaçılmaz olacaq. SİA-nın xarici KİV-lərə istinadən məlumatına görə bunu açıqlamasında Norveçin Baş naziri Erna Sulberq deyib.
Onun sözlərinə görə, Norveç bir bəla ilə qarşı-qarşıyadır: “Həmçinin bütün dünya. Düzdür, bir çoxunda bu simptomsuz və ya yüngül keçəcək. Amma ölkənin yarıiflic vəziyyətə düşməsi reallıqdır və hər şeyə hazırlıqlı olmalıyıq kimi görünür. İntensiv müalicə alanlar var. Deyilənlərə görə, ilkin fazadayıq və bu pandemiyanın 4-cü fazası may ayında başlayıb, üzü payız-qışa doğru səngiyəcək”.
E.Sulberq qeyd edir ki, bu sətirləri yazıdığım an yoluxanların sayı 800-dür və kralımız, onun xanımı qarışıq ev karantinində olanların sayı daha çoxdur. Bir nəfər yaşlı və çox xəstə biri dünyasını dəyişib. Ölkənin bütün bağça-məktəbləri təcili bağlanıb və evdə uşaqlara görə oturmaq məcburiyyətində olan valideyinlərə tam əmək haqqı verilməsi qərarı verilib. Restoran, iaşə-xidmət, salonlar, klinikalar (estetik) və s. işləməsinə qadağa qoyulub. Bəzi yeməkxanalar müştərilər arasında ən az 1 metr məsafəni qoruyub saxlaya bilirsə, açıq qala bilər. Kinoteatr, idman zalları, hovuzlar, tədbir keçirilən yerlər, bir sözlə hər yer iki saat içində bağlanılıb. Xaricdə olan norveçlilər təcili evə çağırılıb, çünki Avropa daxili uçuşların gələcəkdə tamamilə dayandırıla bilməsi də günün mövzularındandır”.
Səhiyyədə çalışan bütün işçilərə aprel ayının sonuna kimi ölkədən çıxmamaq əmri verilib. Təqaüdə çıxan işçilərin işə geri çağırılma ehtimalları yüksəkdir. Planlı əməliyyatlar təxirə salınıb. Norveçə Skandinaviyadan başqa istənilən ölkədən gələn turistlər simptomları olmasa belə gəldikləri ölkəyə geri göndərilir. Simptomları olanlar karantinə alınır. Ərzaq dükanlarının vəziyyətini məktəblər bağlanandan sonra paylaşılan hekayələrdə gördünüz. Hərçən hökumət bunu etməməyi rica edir. Çünki dükan və apteklər açıq olacaq. Nəqliyyatdan mümkün qədər istifadə etməmək tövsiyyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB