Ermənistanda koronavirusun yayılmasına qarşı mübarizə məqsədilə bütün təhsil müəssisələrinin işi martın 23-dək dayandırılır. SİA Ermənistana məxsus aysor.am saytında yayılan məlumata istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan öz Facebook səhifəsində canlı yayımda bəyan edib.
"Lazım gələrsə, müddət uzadılacaq", deyə baş nazir bildirib.
Məlumatda qeyd olunur ki, çanlı yayımda Paşinyan vətəndaşları şəxsi gigiyena tədbirlərinə riayət etməyə, ictimai tədbirlərdən çəkinməyə, əllə görüşməməyə çağırıb. Heç şübhəsiz ki, baş nazirin bu çağırışı koronavirusla bağlı həyəcan siqnalıdır.
Xatırladaq ki, Ermənistanda hazırda koronavirusa yoluxma hadisəsi artmaqdadır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB