Dünyada yayılan koronavirus epidemiyası səbəbiylə Fransada təhsil müvəqqəti olaraq dayandırılıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Fransa Prezidenti Emmanuel Makron, Covid-19 ilə əlaqədar olaraq, ölkədəki körpələr evi, məktəb və universitetlərin bazar ertəsi günündən yeni bir əmrə qədər bağlanacağını açıqlayıb.
Epidemiyanı son yüzildə ölkədə baş verən ən böyük sağlamlıq böhranı olduğunu izah edən Makron, işəgötürənlərdən işçilərini evdən işləməyə təşviq etmələrini istəyib. Fransa lideri xəbərdarlıq edib ki, sağlamlıq problemləri olanlar və yaşlılar evdə istirahət etməlidirlər.
Makron bu həftə sonu keçiriləcək bələdiyyə seçkilərinin ləğv edilmədiyini açıqlayıb.
Fransada həyata keçirilən tədbirlər çərçivəsində, Covid-19 səbəbiylə işdən kənarda qalanların maaşları dövlət tərəfindən ödəniləcək və bəzi hallarda şirkətlər vergi güzəştlərindən faydalana bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB