Böyük Britaniya Aİ ilə sərhədləri bağlamayacaq

Böyük Britaniya Aİ ilə sərhədləri bağlamayacaq

Böyük Britaniya ABŞ-dan fərqli olaraq Avropa İttifaqı (Aİ) vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoymaq niyyətində deyil. Bu barədə Böyük Britaniya baş nazirinin administrasiyasının rəsmi nümayəndəsi brifinq zamanı deyib. Bundan əvvəl kansler Rişi Sunak Aİ vətəndaşlarının ölkəyə daxil olmasının qadağan edilməsnin heç bir əsası olmadığını demişdi.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 13-dən başlayaraq Avropa ölkələrinin vətəndaşlarının ABŞ-a gəlməsinin 30 gün müddətinə qadağan olunacağını demişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə