Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə Nur-Sultanda keçiriləcək hərbi paradın və digər tədbirlərin ləğv edilməsi barədə tapşırıq verib. Belə ki, koronavirusla əlaqədar nəzərdə tutulan qabaqlayıcı tədbirlər çərçivəsində dövlət başçısı əvvəlcədən planlaşdırılan beynəlxalq forumların da təxirə salınmasını tapşırıb. Buna baxmayaraq, ölkədə böyük müəssisələr, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyətini davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB