Suriya İdlibində atəşkəs rejimi gözlənilir. SİA RİA Novostiy istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cümə axşamı günü bildirib.
"Son vaxtlar İdlib de-eskalasiya zonasında təhlükəli bir gərginliyin artması aradan qaldırılıb. Bu, Rusiya və Türkiyə prezidentlərinin martın 5-də görüşü zamanı əldə olunmuş razılaşmalar sayəsində mümkün olub", deyə Zaxarova brifinqdə qeyd edib.
O, zirvə görüşünün sonunda imzalanan 17 sentyabr 2018-ci il tarixli memoranduma əlavə protokolun, bölgədəki hərbi əməliyyatların martın 6-dan dayandırılmasına imkan verdiyini ifadə edib.
"Rejim ümumiyyətlə gözlənilir. Bu, İdlibdə vəziyyətin nəzərəçarpacaq dərəcədə sabitləşməsinə kömək edir", deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, razılaşmaların tam icrasını təmin etmək üçün Rusiya və Türkiyənin müdafiə nazirlikləri arasında məsləhətləşmələr davam edir.
"Ümid edirik ki, bu, İdlibdə sabitliyə nail olmağa, humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək edəcək", deyə Zaxarova diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB