İtaliyada dövlət səviyyəsində karantin toy və cənazə mərasimlərinə də təsir edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, martın 10-da İtaliya hökuməti ümumxalq karantini tətbiq edib.
Bütün təhsil, mədəniyyət və əyləncə obyektləri bağlanıb, kütləvi tədbirlər ləğv edilib. Martın 11-də axşam Baş nazir Cüzeppe Kontenin təlimatı ilə bütün xidmət sahələrinin fəaliyyəti martın 25-dək dayandırılıb.
Xüsusilə ərzaq mağazalarından başqa digər dükanlar, restoranlar bağlanacaq.
Qeyd edək ki, ölkədə 12 mindən çox koronavirusa yoluxma təsdiqlənib, 827 xəstə ölüb. Bu statistikaya görə İtaliya Çindən sonra ikinci yerdədir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB