Kolumbiyalı velosipedçi Fernando Gaviria koronavirusa yoluxduğunu təsdiqləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin noticias.caracoltv.com saytı məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Gaviria İnstaqram səhifəsində fanatlarına müraciət edib. Kolumbiyalı koronavirus üçün testinin müsbət olduğunu təsdiqləyib, lakin ciddi sağlamlıq probleminin olmadığına əmin olduğunu qeyd edib.
Xatırladaq ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus pandemiyasının başlandığını elan edib. Dünya üzrə 100-dən çox ölkədə 120 minə yaxın insanın artıq yoluxduğu bildirilir. Qeyd olunur ki, onların əksəriyyəti sağalıb, amma 4 mindən çox insan həyatını itirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB