Twitter əməkdaşları koronavirusa görə evdən işləməli oldu

Twitter əməkdaşları koronavirusa görə evdən işləməli oldu

Tvitterin təxminən beş min işçisi koronavirus səbəbiylə ev iş rejiminə keçib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, şirkətin dünyadakı işçiləri indi evdən işləməlidirlər.

Əvvəllər şirkət, işçilərə, mümkünsə, ofislərə baş çəkməməyi və uzaqdan işləməyi tövsiyə edirdisə, artıq indi bunu mütləq şəkildə tələb edir.

Bu tələblə Twitter, bir sıra dəstək tədbirlərini də təklif edib. Bunlara podratçılara və evdən işləyə bilməyən işçilərə iş vaxtının ödənilməsi və evdən işləmək üçün texniki dəstək də daxildir.

Bundan əvvəl ÜST rəhbəri koronavirusun pandemiya elan olunduğunu bildirmişdi. Son məlumatlara görə, dünyanın yüzdən çox ölkəsində 120 minə yaxın insan bu virusa yoluxub və 4 mindən çox insan xəstəliyin qurbanı olub.

Xatırladaq ki, artıq bir sıra ölkələr turistlər üçün sərhədlərinin bağlandığını və ya sərhədi keçməkdə sərt məhdudiyyətlər elan edib. Bundan əlavə, ölkələr xəstəliyin yayılmasının qarşısını almaq üçün karantin tədbirlərini də elan ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə