Pakistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-16" təyyarəsi İslamabad yaxınlığında qəzaya uğrayıb, pilot ölüb. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarə martın 23-də Pakistan Günü münasibətilə keçiriləcək paradda iştirak etmək üçün təlim uçuşları həyata keçirərkən qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, ötən ay da Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə təlim uçuşları zamanı Xayber-Paxtunxva əyalətində qəzaya uğramışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB