Almaniyanın “Lufthansa” aviaşirkəti Qazaxıstana uçuşları dayandırıb
Koronavirusun dünyada yayılması ilə əlaqədar Almaniyanın “Lufthansa” aviaşirkəti martın 11-dən aprelin 24-dək Qazaxıstana uçuşları dayandırıb.
SİA xəbər verir ki, aviaşirkət Frankfurt-Almatı-Frankfurt (həftədə 4 dəfə) və Frankfurt-Almatı-Nur-Sultan (həftədə 3 dəfə) marşrutları üzrə uçuşları aprelin 25-də bərpa etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB